Qərargah: 224 nəfər karantin şəraitində saxlanılır

  • 19:10 - 28 Fevral

"Bu günə olan məlumata görə, 224 nəfər karantin şəraitində saxlanılır". 

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in İşçi Qrupun rəhbəri Vasif ƏLiyev bildirib. 

Bunlardan 12-si İran, 1-i İtaliya, 7-si digər ölkələr, qalanları Azərbaycan vətəndaşıdır. 

Müayinələr zəncirvari reaksiyalar vasitəsilə aparılır və cavab bir müddət vaxt alır: "Rəqəmlər daim dəyişir. Mənfi cavabı çıxanlar evə müşahidəyə buraxılır. Amma koronavirus olmasa belə, başqa respirator xəstəliyi olanlar müalicə olunmalıdır".


Oxunma sayı: 5776

Oxşar yazılar