Fəzail Ağamalı şəhid olan Türkiyə əsgərləri ilə bağlı başsağlığı verdi

  • 16:59 - 28 Fevral

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı İdlibdə şəhid olan Türkiyə ordusunun hərbi qulluqçuları ilə bağlı başsağlığı verib.

Avropa.info xəbər verir ki, başsağlığı mətnində deyilir:

"İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində qardaş Türkiyənin əsgərlərinin şəhid olması xəbərindən çox sarsıldım.

Şəhid olan Türk qardaşlarımıza TANRIDAN rəhmət, doğmalarına səbr diləyirəm.

Başın sağ olsun, TÜRKİYƏM!

Fəzail Ağamalı,
Ana Vətən Partiyasının sədri,
Tarix elmləri doktoru, professor"

Fəzail Ağamalı Şəhid olan Türk qardaşlarımıza TANRIDAN rəhmət, doğmalarına səbr diləyirəm.

Oxunma sayı: 7404

Oxşar yazılar