“Ərdoğan və Putin ən qısa vaxt ərzində üz-üzə görüşəcək” – Fəxrəddin Altun

  • 28 Fev - 2020

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun İdlibdə baş verən proseslərlə bağlı mətbuata açıqlama verib.

Avropa.info xəbər verir ki, mətbuat konfransı zamanı Fəxrəddin Altun “Prezident Ərdoğan və Putin arasındakı telefon görüşündə iki liderin ən qısa vaxt ərzində üz-üzə görüşməsi qərarı verilib” deyib.

Bundan əlavə Ərdoğanın ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Boris Conson və Almaniya baş naziri Angela Merkel ilə görüşəcəyi məlumatı verilib. 


Oxunma sayı: 3620

Oxşar yazılar