Nazirlər Kabinetindən Azərbaycanda koronavirus açıqlaması – Xəbər doğrudur

  • 16:03 - 28 Fevral

Azərbaycanda ilk koronavirusa yoluxma faktı təsdiqlənib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmədov Modern.az-a açıqlamasında Azərbaycanda koronavirusa yoluxma faktını təsdiqləyib.

O bildirib ki, rəsmi qurumlar tərəfindən bütün zəruri tədbilər görülür:

“Mütəmadi olaraq vətəndaşlara məlumatlar veriləcək”.

İ.Məmmədov bir az əvvəl Operativ Qərargahdan Modern.az-a verilən təkzib xəbərinin yanlışlıq olduğunu deyib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova faktı təsdiqləyib, insanlara diqqətli olmağı tövsiyə edib.


Oxunma sayı: 4874

Oxşar yazılar