Türkiyə ilə bağlı NATO iclası başa çatdı – Yens Stoltenberqdən ilk açıqlama

  • 15:46 - 28 Fevral

İdlibdə 33 türk əsgərinin şəhid edilməsi ilə bağlı Türkiyənin çağırdığı NATO fövqəladə iclası başa çatıb.

Avropa.info xəbər verir ki, NATO baş katibi Yens Stoltenberq NATO qərargahında İdlibdəki proseslərlə bağlı açıqlama verib.

“Müttəfiqlərin hamısı başsağlığı verdi və Türkiyə ilə tam həmrəy olduqlarını qeyd etdilər. NATO hazırda Türkiyəyə dəstək verir. Müttəfiqlər Türkiyə üçün daha nələri etmək barədə düşünürlər”.


Oxunma sayı: 12310

Oxşar yazılar