İran parlamentinin 4 deputatı koronovirusa yoluxdu

  • 15:29 - 28 Fevral

Koronovirusdan 26 nəfərin öldüyü və 195 nəfərin də müalicə aldığı İranda virus yayılır.

Avropa.info xəbər verir ki, İran parlamenti sədr aparatının üzvü Məhəmməd Əli Vəkili “Twitter”də yazdığı statusda daha iki deptatda koronovirusun aşkarlandığını, 30 deputatın isə virus testindən keçdiyini bildirib:

“Testlərin nəticəsinə görə, parlamentdəki 30 həmkarımızın dördündə virus pozitiv çıxıb”.

Qeyd edək ki, İranın səhiyyə naziri müavini İreç Hərirçi, Tehrandan deputat seçilmiş Mahmud Sadıki, parlamentin Təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctəba Zünnur və qadın və ilə naziri müavini Məsum İbtikarda koronovirus tapılıb. 


Oxunma sayı: 6293

Oxşar yazılar