Gədəbəydə ağır qəza: Ana və oğlu öldü - Adlar

  • 15:03 - 28 Fevral

Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düzyurd kəndində qeydə alınıb.

"Mitsubishi Pajero" markalı avtomobil "VAZ-21011" markalı maşınla toqquşub.

Qəza nəticəsində "VAZ-21011"in sürücüsü, 1989-cu il təvəllüdlü Hüseynov Ruslan İbrahim oğlu və avtomobildə olan sərnişin, sürücünün anası Hüseynova Nüşabə Telman qızı aldıqları xəsarətdən hadisə yerində ölüblər. 1955-ci il təvəllüdlü Mahir Tağıyev, 2010-cu il təvəllüdlü Məcid Nuriyev və 1961-ci il təvəllüdlü Səriyyə Nuriyeva xəsarətlə xəstəxanaya yerləşdiriliblər.


Oxunma sayı: 4412

Oxşar yazılar