Hulusi Akardan Rusiyaya sərt cavab : "Rusiya yalan danışır, qoşunlarımızın olduğu yerlər öncədən razılaşdırılmışdı"

  • 13:51 - 28 Fevral

"Qoşunlarımızın yerləşdiyi yerlər öncədən Rusiya səlahiyyətliləri ilə ərazidə razılaşdırılsa da, bu hücum həyata keçirildi." 

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə Müdafiə naziri Hulusi Akar İdlibdə 33 türk əsgərinin şəhd edilməsinə münasibət bildirərkən deyib. Akar, Rusiya rəsmilərinin "Türkiyə bizə əsgərlərinin yeri haqqında öncədən məlumat verməyib" açıqlamasının yalan olduğunu bildirib. 

"Təəssüf ki, xəbərdarlığa baxmayaraq, ilk dəfə vurulduqdan sonra hücum yenə də davam etdi. Hava hücumları zamanı hətta təcili yardım maşınları da vuruldu. Ayrıca qeyd etmək istəyirəm ki, bu hücum zamanı silahlı qüvvələrimizin yaxınlığında heç bir qruplaşma yox idi" - Akar belə deyib.


Oxunma sayı: 13894

Oxşar yazılar