“Növbəti 12 ay ərzində İranı Suriyadan çıxaracağıq” – İsrail müdafiə naziri

  • 13:48 - 28 Fevral

"İranın İsrailin yanında yerləşməsi üçün heç bir əsas yoxdur. Növbəti 12 ay ərzində İranın Suriyadan çıxmasını qarşıma məqsəd qoymuşam. Yaxın gələcəkdə İranı Suriyadan çıxaracağıq” .

Avropa.info xəbər verir ki, bu sözləri “Jerusalem Post” qəzetinə müsahibəsində İsrailin müdafiə naziri Naftali Bennet qoyub.

“Keçmişdə daha çox İranda gələn və İraq vasitəsilə Suriyaya çatan, oradan da Colan təpələri və ya Livana gedən konvoylar hədəf seçilirdisə, indiki hədəflər tamam başqadır” – İsrailli nazir deyib.

Qeyd edək ki, İsrail Suriyadakı İran obyektlərini 2013-cü ildə bəri vurmağa davam edir.


Oxunma sayı: 6480

Oxşar yazılar