“Ümid edirik, son hadisələrdən sonra Türkiyə S-400-lərdən imtina edər” - ABŞ-ın NATO-dakı daimi nümayəndəsi

  • 12:36 - 28 Fevral

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçison Suriyada baş verən proseslərdən sonra Türkiyənin Rusiyadan aldığı S-400 HHM sistemindən imtina edəcəyinə ümid etdiyini bildirib.

Avropa.info xəbər verir ki, Hatçison bu gün keçirdiyi mətbuat konfransında S-400-ləri imtina etmələrini Türkiyəyə anlatmağa çalışdıqlarını qeyd edib:

“Ümid edirəm, prezident Ərdoğan bizim onların (Türkiyənin) keçmişinin və gələcəyinin müttəfiqi olduğumuzu və S-400-dən imtina etmələrinin vacibliyini görür” - Hatçison deyib. 


Oxunma sayı: 6117

Oxşar yazılar