Yunanıstanda Xocalı soyqırımı ilə bağlı foto sərgi keçirilib

  • 12:20 - 28 Fevral

 "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti 20-28 Fevral, 2020-ci il tarixlərində "QALA" Cəmiyyətinin ofisində "Xocalı Soyqırımını Unutma" adlı foto sərgi keçirib. 

26 fevral tarixində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş "Xocalı soyqırımını unutma" anım münasibətilə tədbir keçirilib. Tədbirdə Yunanıstanda yaşayan həmvətənlərimizlə bərabər Türk Cümhuriyyətinin Saloniki şəhərindəki Baş konsulu cənab Efe Ceylan bəy, konsulluğun əməkdaşları, Saloniki şəhərində Gürcüstan Respublikasının konsulluğunun əməkdaşları, Türk gənclər və yunan tələbələr də iştirak ediblər. 

Cəmiyyətin sədri Rəşid Məmmədov Xocalı soyqırımı barədə geniş məlumat verərək 1992-ci fevralın 25-dən 26-sına keçən gecəni Azərbaycanın tarixində təkcə faciə yox, Azərbaycan xalqına qarşı Soyqırım olduğunu qeyd edib.

 "Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməməsi, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməməsi, öz yurdlarından didərgin düşmüş azərbaycanlıların hüquqlarının bərpa edilməməsindən 28-il keçməyinə baxmayaraq hələ dünya birliyi susur. Xocalı faciəsi Azərbaycan xalqının qəlbində ən ağrılı bir göynərti yaradır. Bu dərd bizi həmişə için-için sızladır. Mən buna bütün qəlbimlə inanıram ki, xalqımız bir nəfər kimi Hökümətin yürütdüyü siyasətə dəstək olaraq, ayağa qalxaraq əsarətdə qalmış və itirilmiş torpaqlarımızı düşmənlərdən azad edəcək"- Rəşid Məmmədov bildirib. 

Baş konsul Efe Ceylan da öz çıxışında Xocalı şəhidlərinə Allahdan rəhmət və xalqımıza səbr arzuladı. 

Sonda Xocalı soyqırımını ehtiva edən sənədli film nümayiş etdirildi və ehsan süfrəsi arxasında müzakirələr aparıldı. Şəhidlərimizin ruhu 1 dəqiqəlik yad edilib. Tədbir iştirakçılarına Xocalı soyqırımına aid video materiallar və broşurlar təqdim olunub. 

Elnur Eltürk


Oxunma sayı: 6865

Oxşar yazılar