Koronavirus Azərbaycan üzərindən Belarusa keçdi – Rusiya iranlıların ölkəyə girişini dayandırdı

  • 12:11 - 28 Fevral

Belarusun səhiyyə naziri Vladimir Karanik jurnalistlərə bildirib ki, onlar fevralın 26-də İranda koronovirusun sürətlə yayılmaqda olduğunu təsbit ediblər və ehtiyat tədbirləri görməyə başlayıblar.

“Və göstəriş verildi ki, fevralın 20-dən sonra Belarusa gələn bütün İran vətəndaşları müəyyən olunsun və yoxlanılsın. Tələbələrdən biri 33-cü poliklinikaya çağırılıb və baxış zamanı tibb işçiləri onun temperaturunun normadan bir qədər yuxarı olduğunu (37.3) və boğazında qızartı yarandığını təsbit ediblər. O, infeksion xəstəxanaya aparılıb və götürülən nümunələrin analizi tələbədə koronovirusun olduğunu təsdiqləyib. Tələbə yataqxanada yox, kirayə mənzildə yaşayır və onunla birlikdə qalanlar da tibbi müşahidələr üçün xəstəxanaya yerləşdirilib”,-nazir bildirib.

Bu arada Rusiya İran vətəndaşlarının birbaşa və ya tranzit yollarla ölkəyə daxil olmasını dayandırıb. Müvafiq sərəncamı baş nazir Mixail Mişustin imzalayıb. Sərəncam bu gün fevralın 28-dən qüvvəyə minir.

Sərəncama əsasən İran üzərindən tranzit keçən digər xarici ölkə vətəndaşlarının da Rusiyaya daxil olması dayandırılır. Nəqliyyat Nazirliyi isə sərəncama əsasən, İranla reysləri məhdudlaşdıracaq.

***

Belarusda SARS-CoV-2 koronavirusuna ilk yoluxma faktı qeydə alınıb. Bu barədə Belarusun Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, infeksiya iranlı tələbədə aşkarlanıb.“Fevralın 27-də laboratoriya yoxlamaları zamanı fevralın 22-də Bakıdan reyslə Belarusa gələn İran vətəndaşında virus aşkarlanıb”, -deyə nazirliyin məlumatında bildirilir.

Hazırda xəstə və onunla əlaqədə olan şəxslər Minsk Yoluxucu Xəstəliklər Xəstəxanasında xüsusi palatalara yerləşdirilib. Tələbə özünü qənaətbəxş hiss edir. Belarus hökuməti koronavirusun yayılmasının qarşısını almağa yönəlmiş sanitar və epidemioloji tədbirlər həyata keçirir.

Qurum Cənubi Koreya, İran və İtaliyada koronavirusla əlaqəli vəziyyətin pisləşməsi səbəbindən Belarus səlahiyyətlilərinin, bu ölkələrdən gələn bütün vətəndaşların müayinə və laborator diaqnostikası keçirmək qərarına gəldiyini açıqlayıb.

virtualaz.org


Oxunma sayı: 6216

Oxşar yazılar