Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi – Foto

  • 28 Fev - 2020

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

Avropa.info-nun xəbərinə görə, bu barədə XİN-in “Twitter” səhifəsində bildirilib.

“İdlibdə türk əsgərlərinin şəhid olması xəbəri bizi dərindən kədərləndirdi. Şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Türkiyə xalqına başsağlığı veririk. Başın sağ olsun, qardaş Türkiyə”, - deyə qeyd olunub.

Xatırladaq ki, İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində 33 hərbi qulluqçu şəhid olub.


Oxunma sayı: 2399

Oxşar yazılar