Bu gün Türkiyə ilə bağlı NATO-nun fövqəladə iclası keçiriləcək

  • 11:11 - 28 Fevral

İdlibdəki hücumdan sonra Türkiyənin tələbi ilə bu gün NATO-nun fövqəladə iclası keçiriləcək. 

Avropa.info xəbər verir ki, NATO baş katibi Yens Stoltenberq NATO-nun 4-cü maddəsinə əsasən yığışacaqlarını açıqlayıb.

NATO-nun 4-cü maddəsində deyilir:

“Üzv dövlətlərin ərazi bütövlüyünü, siyasi müstəqilliyini ya da təhlükəsizliyini risk altına salan mümkün hadisələr və ümumi narahatlığa səbəb olan məqamlarda səylərinin müvafiq şəkildə əlaqələndirilməsi daxil olmaqla həyati maraqlarını əks etdirən məsələlər üzrə Alyans bütün tərəflərlə məsləhətləşmə keçirəcək”.

Qeyd edək ki, NATO baş katibi Yens Stoltenberq Əsəd rejimi və dəstək verən tərəflərin İdlibdəki hücumunu qınayıb və hücumlara son qoymağa çağırıb.


Oxunma sayı: 7085

Oxşar yazılar