İdlibdə Əsəd rejiminin xain hücumdan sonra Rusiyadan anormal açıqlama: "Türkiyə bu bölgədə əsgərlərinin olmasını deməmişdi"

  • 10:12 - 28 Fevral

"Türkiyə bu bölgədə türk əsgərlərinin olması barədə bizi məlumatlandırmadı. Hava hücumunda Rusiya təyyarələri iştirak etməyib".

Avropa.info xəbər verir ki, 33 Türkiyə əsgərinin İdlibdə şəhid olmasından sonra Rusiyadan yayılan açıqlamada belə deyilir.

"Röyter"in xəbərinə görə, Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunur ki, suriyalı müxaliflər münaqişəsiz bölgədə böyük hücum planlaşdırırdı: "Türkiyə bu bölgədə türk əsgərlərinin olması barədə bizi məlumatlandırmadı. Hava hücumunda Rusiya təyyarələri iştirak etməyib. Rusiya atəşkəsin davam etməsi üçün əlindən gələni etdi".

İdlibdə Əsəd rejimi və dəstəkçilərinin həyata keçirdiyi hava hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 33 əsgəri şəhid olub, yaralılar var. 

Qeyd edək ki, 33 əsgərin şəhid olması xəbəri ilə eyni vaxtda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğangecə saatlarında Beştəpədə təhlükəsizlik toplantısı keçirib. Toplantıda Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, MİT rəhbəri Hakan Fidan və komandirlər iştirak edib. 


Oxunma sayı: 5413

Oxşar yazılar