ABŞ Dövlət Departamentindən İdlib açıqlaması : "Türkiyənin yanındayıq"

  • 05:29 - 28 Fevral

"NATO müttəfiqimiz Türkiyənin yanındayıq və Əsəd rejimi, Rusiya və İran dəstəkli güclərin bu alçaq hücumlarına dərhal son verməyə çağırırıq."

Avropa.info xəbər verir ki, bu sözlər ABŞ xarici işlər nazirliyinin İdlibdə 33 türk əsgərinin şəhid edilməsinə münasibət bildirdiyi bəyanatında deyilir.

İdlibdə rejim hücumu ilə bağlı yazılı bir açıqlama yayan ABŞ Dövlət Departamenti, İdlibdən gələn xəbərlərdən xəbərdar olduqlarını və Türkiyə hakimiyyəti ilə əlaqə saxladıqlarını bildirib.

"Bu prosesləri təyin etmək və mövcud vəziyyət haqqında daha çox dəqiq bilgi əldə etmək üçün Türkiyə ilə  təmas halındayıq. NATO müttəfiqi Türkiyənin yanındayıq. Əsəd rejimi, Rusiya və İran dəstəkli gücləri bu alçaq hücumlara dərhal son verməyə çağırırıq. Bu böhranda Türkiyəyə necə dəstək verə bilmənin variantlarını axtarırıq" -  Dövlət Departamentinin bəyanatında belə deyilir.


Oxunma sayı: 17007

Oxşar yazılar