"Hazırda havadan və qurudan Əsəd rejiminin bütün hədəflərini vururuq" - Fəxrəddin Altun

  • 03:00 - 28 Fevral

"Qəhrəman əsgərlərimizin qanı yerdə qalmayacaq. Suriya sahəsindəki fəaliyyətlərimiz bayrağımıza uzanan əllər qırılana qədər davam edəcək." 

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun İdlibdə 29 türk əsgərinin şəhid olmasına münasibət bildirərkən deyib.

"Əsgərlərimizə yönələn hücuma cavab vermək qərara alındı. Hazırda havadan və qurudan Əsəd rejiminin bütün hədəflərini vururuq. Astana prosesinin tərəfi olaraq beynəlxalq birliyi öz məsuliyyətini yerinə yetirməyə çağırırıq"- Fəxrəddin Altun belə deyib.


Oxunma sayı: 24443

Oxşar yazılar