Əsəd rejimi və dəstəkçiləri İdlibdə Türkiyə ordusunu havadan bombaladı : 33 əsgər şəhid oldu, Beştəpədə təcili toplantı

  • 01:24 - 28 Fevral

İdlibdə Əsəd rejimi və dəstəkçilərinin həyata keçirdiyi hava hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 33 əsgəri şəhid olub, yaralılar var. 

Avropa.info xəbər verir ki, bu haqda Hatay valisi Rahmi Dağan mətbuata açıqlama verib.

"Türkiyə Silahlı Qüvvələrinin əsgərləri İdlibdə rejim qüvvələri tərəfindən hava hücumuna məruz qaldı. Bu hücum nəticəsində 33 əsgərimiz şəhid oldu. Yaralılarımızı Cilvəgöz sərhəd qapısından alıb, xəstəxanalara yerləşdirdik." 

Qeyd edək ki, 33 əsgərin şəhid olması xəbəri ilə eyni vaxtda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğangecə saatlarında Beştəpədə təhlükəsizlik toplantısı keçirib. Toplantıda Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, MİT rəhbəri Hakan Fidan və komandirlər iştirak edib. 

Bu arada bütün siyasi partiya rəhbərləri proqramlarını yarımçıq kəsiblər. 

Qeyd edək ki, dünən Türkiyə Silahlı Qüvvələri Serakib şəhəri və Neyrab qəsəbəsini Əsəd rejimindən geri alıb.


Oxunma sayı: 12904

Oxşar yazılar