Ərdoğan: “Rusiyanın dəstəyi olmasa, Əsəd ayaq üstə dura bilməz”

  • 22:55 - 27 Fevral

İdlibdə üç şəhidimiz var, rejim güclərinin itkisi daha böyükdür. Biz İdlibdə mücadiləni davam etdirəcəyik.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, İdlibdə hadisələrin istiqaməti Türkiyənin lehinə dəyişib.

Bundan əlavə, Ərdoğan Rusiya ilə təmasların davam etdiyini vurğulayıb: “Rusiyanın, İranın dəstəyi olmasa, Əsədin ayaq üstə durması mümkün deyil. Onun arxasında PKK/YPG var. Biz isə Suriya Milli ordusu ilə oradayıq və mübarizəni davam etdirirk. Türkiyə bölgədə terror istəmir. Biz bu torpaqlarda dincliyin, sülhün olmasını istəyirik".
 


Oxunma sayı: 5347

Oxşar yazılar