Polis çay evində əməliyyat keçirdi, saxlanılan var - Video

  • 22:38 - 27 Fevral

Kürdəmir rayon sakinindən küllü miqdarda narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Avropa.info report-a istinadən əbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Rzayev Rüstəm Fərzi oğlu şübhəli şəxs qismində saxlanılıb.

Həmin şəxsin razılığı ilə onun icarəyə götürərək işlətdiyi Kürdəmir şəhəri, C.Cabbarlı küçəsində yerləşən “Arxın üstü” adlanan çay evində keçirilən axtarış zamanı 1 ədəd polietilen torbada təmiz çəkisi 24,87 qram çətənə bitkisinin toxumları, 1 ədəd siqaret bükümündə 0,80 qram qurudulmuş marixuana, 2 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 65,008 qram, 10,358 qram, ümumi təmiz çəkisi 75,366 qram narkotik vasitə olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


MvbISj-3hYc

Oxunma sayı: 7833

Oxşar yazılar