İmişlidə avtomobil piyadanı vurub

  • 22:02 - 27 Fevral

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.  

 İmişlinin Mürsəlli kəndində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.  

Yolu keçən kənd sakini, 1961-ci il təvəllüdlü Ziyafət İslam qızı Əliyevanı “QAZel” markalı yük avtomobili vurub. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.  

Faktla bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(apa)


Oxunma sayı: 3037

Oxşar yazılar