“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik ediləcək

  • 20:18 - 27 Fevral

“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik ediləcək. 

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”da əksini tapıb. 

Sənədə əsasən, Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 2020-2021-ci illərdə informasiyanın açıqlanması prosedurlarının təkmilləşdirilməsi, habelə açıq məlumatlardan istifadə edilməsini təmin etmək üçün müvafiq mexanizm və şərtlərin müəyyən edilməsi ilə bağlı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda və digər qanunvericilik aktlarında dəyişiklik edilməsi ilə bağlı təkliflər hazırlamalıdır. (apa)


Oxunma sayı: 2575

Oxşar yazılar