Konstitusiya Məhkəməsinin Plenumu xüsusi konstitusiya icraatında seçkilərin nəticələrinə dair qərar qəbul edəcək

  • 19:07 - 27 Fevral

Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərə dair Mərkəzi Seçki Komissiyasının və dairə seçki komissiyalarının protokolları fevralın 26-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə daxil olub. 

Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumatda bildirilir ki, Konstitusiya Məhkəməsinin Plenumu müvafiq prosedurları həyata keçirməklə qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi konstitusiya icraatında seçkilərin nəticələrinə dair qərar qəbul edəcək. 

Plenumun hansı tarixə təyin edilməsi barəsində kütləvi informasiya vasitələrinə əlavə olaraq rəsmi məlumat veriləcək. 

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib. 


Oxunma sayı: 3114

Oxşar yazılar