Bakının elektrik enerjisi təchizatında yaranan fasilə aradan qaldırılıb

  • 18:08 - 27 Fevral

Bu gün Bakının Suraxanı və Nizami rayonlarının bəzi ərazilərini əhatə edən yüksək gərginlikli xəttə baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində fasilə yaranıb. 

Bunu Avropa.info-ya “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib.

Onun sözlərinə görə, əməliyyat heyətinin operativ fəaliyyəti nəticəsində elektrik enerjisinin verilişi bərpa edilib.


Oxunma sayı: 6865

Oxşar yazılar