Yardımlıda "Baron Şəmi"ni və oğlunu torpaq davasına görə güllələdilər – Foto

  • 17:21 - 27 Fevral

Yardımlı rayonunda 2 nəfərin ölümü ilə bağlı cinayət işi başlanıb.

Avropa.info Trend-ə istinadən bildirir ki, fevralın 27-si saat 14 radələrində Yardımlı rayonunun Heçxara kəndi ərazisində Şəmsəddin Kərimov və oğlu Elməddinin üzərində zorakılıq əlamətləri olan meyitlərinin aşkar edilməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

***

Virtualaz.orgun-un əldə etdiyi məlumata görə, qətlə yetirilən şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb. 67 yaşlı Ş.Kərimov rayonda “Baron Şəmi” kimi tanınıb: “Onlar əslən Masallı rayonundan olublar. Şəmsəddinin ruhi xəstə olduğu deyilirdi. Əvvəllər narkotik satışına görə məhbəsdə yatmışdı. Oğlunun 32 yaşı vardı, həbsxanadan təzə çıxmışdı. O, da narkotik vasitələrin satışına görə həbs olunmuşdu”.

Qeyd edək ki, sözügedən torpaq sahəsi bələdiyyənin icarəsində olub. Qardaşlar həmin sahədə birgə taxıl əkiblər. Sonradan Kərimov qardaşaları arasında narazılıq yaranıb.

****

Yardımlıda ata və oğlu güllələnib.

Avropa.info APA-ya istinadən bildirir ki, hadisə bu gün Yardımlı rayonunda baş verib. İlkin məlumata görə, Masallı sakini əmisini və əmisi oğlunu güllələyib.

Gülələnənlərdən biri "Baron Şəmi" ləqəbi ilə tanınan narkobaron Şəmsəddin Fəxrəddin oğlu Kərimovdur, digəri isə onun oğlu Kərimov Niyaməddin Şəmsəddin oğludur.

Hər iki şəxsin öldüyü bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 


Oxunma sayı: 10726

Oxşar yazılar