Bakıda işıqlar niyə sönüb? - Rəsmi açıqlama
- 17:10 - 27 Fevral
Xəbər verdiyimiz kimi, bir neçə dəqiqə öncə Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb.
Avropa.info-nun məlumatına görə, məsələ ilə bağlı "Azərişıq” ASC-dən bildirilib ki, 110 kilovoltluq stansiyada baş verən təkan nəticəsində Bakının bir hissəsinə elektrik enerjisinin verilməsində qısa fasilə yaranıb.
"Azərişiq" ACS-dən verilən məlumata görə, hazırda problem aradan qaldırılıb və elektrik enerjisinin ümumi şəbəkəyə verilməsi hissə-hissə bərpa olunur.