Rusiya mətbuatı : “Ərdoğan Rusiyanın Suriyadakı S-300 HHM sistemini məhv etmək əmri verib”

  • 17:00 - 27 Fevral

Rusiyanın “Free News” xəbər agentliyi “Ərdoğan orduya Suriyanın S-300 HHM sistemini məhv etmək əmri verdi” başlıqlı məqalə dərc edib. 

Avropa.info xəbər verir ki, məqalədə Türkiyənin İdlibdə hava dəstəyindən məhrum olduğu üçün Suriyada ciddi problemlərlə üzləşdiyi deyilir:

“Rusiya Hava Qüvvələri və Rusiyanın Dəməşqə verdiyi S-300 HHM sistemləri hərbi təyyarələrin səmada üstünlük qazanmasına mane olur”.

Məqalədə Suriya HHM sistemlərinin məhv edilməsi əmrinin Ərdoğanın parlamentdəki çıxışına istinad edildiyi bildirilir.

Ərdoğan “İdlibdə ən böyük problemimiz hava məkanından istifadə edə bilməməyimizdir. İnşallah yaxın vaxtlardan buna da bir çarə tapacağıq” demişdi. 

Xəbərdə Türkiyənin Suriya rejiminin hücumlarının qarşısını almaq üçün Dəməşqi S-300 HHM sistemindən məhrum etməsinin lazımlığı qeyd olunur: 

“Bu gün Türkiyənin uzunmənzilli raketləri bar, ancaq yenə də Suriyanın S-300 HHM sisteminin yerləşdirildiyi bazalara çatmırlar. Ankaranın taktiki silahdan istifadə etməsi mümkündür."

“Free News”un digər xəbərində Dəməşq rejiminə qarşı döyüşən müxaliflərin Rusiya HHQ və Əsəd rejiminə məxsus təyyarələri vurmaq üçün üç dəfə cəhd etdiyi bildilir. 

“Suriya HHQ-ə məxsus iki Su-22 hərbi təyyarəsinin pilotu ilə Rusiya HHQ-ə məxsus bir hərbi təyyarənin pilotu yerdən buraxılan raket hücumlarından yayınıb, qaçmağa başladılar”.

Avropa.info


Oxunma sayı: 43033

Oxşar yazılar