Ərdoğan və Putin arasında İdliblə bağlı görüş baş tutacaqmı?

  • 16:01 - 27 Fevral

Türkiyə prezidenti Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında İdliblə bağlı görüşün baş tutub-tutmayacağı sual altında qalır.

Avropa.info xəbər verir ki, Kremlindən verilən son açıqlamada Putinin 5 martda Ərdoğan ilə görüşmək kimi planının olmadığı qeyd olunur. Kremlin mətbuat katibi Peskov bununla bağlı suala “Putinin 5 martda başqa planları” var deyib.

Qeyd edək ki, Ərdoğan dünən verdiyi açıqlamada gələn həftə Putinlə İstanbulda görüşmək ehtimalının olduğunu bildirmişdi.

Məsələyə münasibət bildirən Türkiyə prezidentinin sözçüsü Ömər Çelik iki tərəfin də uyğun vaxtla bağlı işlədiyini deyib. Məhz bu görüşdən sonra iki ölkənin İdliblə bağlı mövqeyi bilinəcək. 


Oxunma sayı: 4335

Oxşar yazılar