QMİ-dən ümrə ziyarətinin dayandırılmasına münasibət

  • 15:26 - 27 Fevral

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) dünyada yaranan koronavirus təhlükəsi ilə əlaqədar Səudiyyə Ərəbistanının ümrə ziyarətlərini müvəqqəti dayandırmasına münasibət bildirib.

QMİ-dən Avropa.info-ya verilən açıqlamaya görə, Səudiyyə Ərəbistanı tərəfindən idarəyə hələ ki ümrə ziyarətlərinin dayandırılması ilə bağlı rəsmi sənəd daxil olmayıb: “Səudiyyə Ərəbistanından bununla bağlı bizə rəsmi sənəd daxil olarsa, QMİ-də umumi qərara uyğun hərəkət edər”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hökuməti koronavirus təhlükəsi ilə əlaqədar ümrə ziyarətlərinə müvəqqəti qadağa qoyub.


Oxunma sayı: 2993

Oxşar yazılar