“Rejimə verilən vaxt bitdikdə TSQ əməliyyatlara başlayacaq” – Ömər Çelik

  • 14:40 - 27 Fevral

Türkiyə prezidenti və AKP-nin baş katibi Ömər Çelik Türkiyənin Suriya siyasəti ilə bağlı açıqlama verib.

Avropa.info xəbər verir ki, Çelik Türkiyənin Əsəd rejiminə verdiyi vaxtın bitdiyini deyib. 

“İdlib və Suriyada hər gün baş verən proseslər, terrorla mübarizəmizin milli təhlükəsizliyimiz üçün apardığı bu əməliyyatın nə qədər vacib olduğunu göstərir. Terror dövlətciyi darmadağın edilib. Qətiyyətli mübarizə ilə terror dövlətciyini darmadağın etdik. Türkiyənin bu terror təşkilatı ilə mübarizəsi zəruridir”.

Çelik Türkiyə ordusunun əməliyyata hazırlıqları barədə də danışıb:

“Bütün hazırlıqlar başa çatıb. Rejimin öz xəttinə çəkilməsi üçün verilən vaxt başa çatdıqda TSQ üzərinə düşən məsuliyyəti qətiyyətli formada yerinə yetirəcək. 

Rejimin “buradan çıxmaram, bu mənim təhlükəsizliyim üçün vacibdir” deməsi Türkiyə tərəfində qəbul ediləcək hal deyil. Bunun Rusiyanın da qəbul etməməsi lazımdır, Soçi müqaviləsinə ziddir. Şübhəsiz hərəkətə keçmək üçün prezidentimizlə cənab Putinin görüşü dönüş nöqtəsi olacaq. İki tərəf də uyğun vaxt üçün çalışır. Amma bu sərhədi Türkiyə cızıb. Ayın sonu gələndə yaxın vaxtlarda bu danışıqların olması və atılacaq addımın qətiləşməsi deməkdir”.


Oxunma sayı: 5193

Oxşar yazılar