Koronovirusla boğuşan Çin Pakistana “ördək ordusu” göndərəcək

  • 13:01 - 27 Fevral

Çin keçən ilin noyabr ayında Pakistanda başlayan və son 20 ilin ən böyük çəyirtkə hücumu olan təbii fəlakətlə mübarizə aparmaq üçün bu ölkəyə ördək ordusu göndərəcək.

Avropa.info xəbər verir ki, Pakistana gedən bir qrup çinli mütəxəssis 100 min ördəkdən təşkil olunmuş ordu göndərmək qərarı verib. Çin təxminən 20 il əvvəl Sintszyan-Uyğur Muxtar Rayonunda baş verən çəyirtkə hücumunun qarşısını ördəklər vasitəsilə ala bilmişdi. Ördəklər həşəratlar və yabanı otlarla qidalanırlar, ancaq əkin sahələrinə toxunmurlar. Bu baxımdan ördəklərdən istifadə həm ucuz başa gəlir, həm də ətraf mühitə ziyansız ötüşür.

“Toyuq kimi digər təsərrüfat heyvanlarından bu vəzifəyə ən uyğun gələni ördəklərdir. Ördəklər qrup daxilində qalmağı sevir, bu səbəbdən nəzarət etmək daha asandır. Bir ördək gün ərzində 200-dən çox çəyirtkə yeyir. Bir toyuğun gün ərzində sadəcə 70 çəyirtkə yeyə bildiyini nəzərə aldıqda, ördəyin üç dəfə artıq mübarizə aparmaq qabiliyyəti var” – Kənd Təsərrüfatı Texnologiya İnstitutunun tədqiqatçısı Lu Lizhi belə deyib.

Çin, Yaponiya, Cənubi Koreya, Tailand, İran, Fransa kimi ölkələrdə həşəratlara qarşı preparatların təbiətə vurduğu ziyanın qarşısını almaq üçün bu metoddan istifadə edirlər. 


Oxunma sayı: 11573

Oxşar yazılar