Bakı metrosuna 3 il ərzində 12 qatar gətiriləcək – Foto

  • 13:00 - 27 Fevral

2020-2022-ci illər ərzində "Bakı Metropoliteni" üçün yeni vaqonların istehsalı barədə ötən il Rusiyanın "Metrovaqonmaş" Səhmdar Cəmiyyəti ilə müqavilə imzalanıb.

"Bakı Metropoliteni" QSC-dən Avropa.info-ya verilən məlumata görə, 81-765.B/766.B modelli vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə mənsubdur və sifarişçinin təklif etdiyi texniki şərtlər əsasında hazırlanacaq. Müqaviləyə görə il ərzində şirkət "Bakı Metropoliteni" üçün ümumilikdə 20 vaqondan ibarət 4 qatar tərkibi istehsal edəcək. Beləliklə, üç il ərzində "Bakı Metropoliteni" vaqon istehsalçılarından 60 müasir tipli vaqon və yaxud 12 qatar tərkibi alacaq.

"Metrovaqonmaş" 2015-ci ildən Bakı metropolitenini yalnız sonuncu nəsil vaqonları ilə təchiz edir. 2019-cu ildə parkı yeniləşdirən vaqonların sayı 3 dəfə artıb. Bununla da metropolitenin lokomotiv parkı 55 müasir tipli vaqondan ibarət 11 qatar tərkibi ilə yenilənib.

 

 


Oxunma sayı: 6623

Oxşar yazılar