Putin oxşarlardan istifadə edirmi?

  • 12:19 - 27 Fevral

Rusiya prezidenti Vladimir Putin oxşarının olması haqda suala cavab verib.

Avropa.info xəbər verir ki, o, bu barədə TASS agentliyinin “Vladimir Putinə 20 sual” layihəsi üçün müsahibəsində danışıb.

Jurnalist Andrey Vandenkonun “Bəs, oxşarınız var?” sualına Rusiya prezidenti mənfi cavab verib, lakin o, bir vaxtlar oxşarı olan adamlardan istifadə edildiyini bildirib:

“Mən oxşarlardan imtina etmişəm. Bu ölkənin ən ağır vaxtlarında, terrorizmlə mübarizə illərində olmuşdu” – o, deyib.


Oxunma sayı: 12288

Oxşar yazılar