Avropanın daha iki ölkəsi koronovirusa yoluxdu

  • 11:33 - 27 Fevral

Avropanın daha iki ölkəsində - Danimarka və Estoniyada koronovirusa yoluxma halı qeydə alınıb.

Avropa.info xəbər verir ki, Danimarka Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, virus İtaliyada xizəksürmə tətilindən qayıdan adamda aşkarlanıb.

“Arvadı və oğlu ilə İtaliyada keçirdiyi xizəksürmə tətilindən sonra 24 fevralda ölkəyə qayıdan adam öskürək və qızdırma simptomları ilə xəstəxanaya çatdırılıb. Həmin şəxsin testləri pozitiv çıxıb, lakin arvadı və oğlunda virus aşkarlanmayıb” – bəyanatda deyilir.

Virusa yoluxan şəxs evində izolyasiya edilib. 

Estoniyada virusuna yoluxan şəxs bu ölkədə sığınacaq hüququ alan İran vətəndaşıdır. 

Qeyd edək ki, virusun ən çox yayıldığı Avropa ölkəsi İtaliyada indiyə qədər 12 nəfər həyatını itirib, 400 təsdiq olunmuş yoluxma halı qeydə alınıb.


Oxunma sayı: 6678

Oxşar yazılar