Türkiyə ordusundan Əsəd rejiminə qisas zərbəsi: 114 rejim əsgəri və çox sayda zirehli texnika məhv edildi

  • 11:32 - 27 Fevral

İdlibdə Əsəd rejimi qüvvələrinin hava hücumu nəticəsində iki türk əsgəri şəhid olub.

Avropa.info xəbər verir ki, Milli Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, bunun ardınca Türkiyə Silahlı Qüvvələri Əsəd ordusuna zərbələr endirib.

"Bölgədəki müxtəlif mənbələrdən alınan məlumata görə, hava hücumundan müdafiə raket sistemi, ZU-23 zenit-aviasiya sistemi, bir tank əleyhinə qurğu, üç tank, silah-sursat avtomobili, iki avtomobil məhv edilib, 3 tank ələ keçirilib və 114 rejim əsgəri məhv edilib", - deyə məlumatda bildirilir.


Oxunma sayı: 18965

Oxşar yazılar