“Reuters”: Türkiyənin hərbi dəstək verdiyi Suriya müxalifləri Sərakib şəhərini Əsəd rejimindən geri aldı

  • 11:01 - 27 Fevral

Türkiyənin dəstək verdiyi suriyalı müxaliflər İdlibdə strateji əhəmiyyətə malik Sarakib qəsəbəsini Suriya ordusunun əlindən almağı bacarıb.

Avropa.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Türkiyənin dəstək verdiyi Milli Qurtuluş Cəbhəsinin mətbuat katibi Naci Mustafa yaydığı bəyanatda “Sərakib qəsəbəsinin Əsədin silahlılarından tamamilə təmizləndiyi” deyilir.

“Reuters”ə görə digər müxalif mənbələr də məlumatı təsdiqləyib. 

Qeyd edək ki, M4 və M5 yollarının birləşdiyi strateji əhəmiyyətli Sərakib qəsəbəsi üç həftə əvvəl Suriya ordusu tərəfindən ələ keçirilmişdi. 


Oxunma sayı: 16600

Oxşar yazılar