Bakıda avtobusların dezinfeksiyası başladı

  • 27 Fev - 2020

"Xaliq Faiqoğlu” şirkəti tərəfindən avtobusların həm çöl hissələrinin, həm də salonunun hər gün yuyulub-təmizlənməsi həyata keçirilir".

Bu barədə Avropa.info-ya şirkətin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd edilib ki, bununla yanaşı əvvəlcədən müəyyən edilmiş proqrama əsasən müntəzəm olaraq nəqliyyat vasitələri dezinfeksiya edilir. Bu məqsədlə ixtisaslaşmış təmizlik şirkəti ilə müqavilə imzalanıb və dezinfeksiya, eləcə də kimyəvi təmizləmə prosesi tələblərə uyğun formada həyata keçirilir: "Son vaxtlar dünyada vüsət alan virusla əlaqədar şirkət tərəfindən dezinfeksiya işlərinə diqqət daha da artırılıb və bu həftənin bazar günü saat 10:30-dan etibarən avtobusların yenidən dezinfeksiyası planlaşdırılır".

Qeyd edək ki, şirkətin balansında 14 marşrut xətti üzrə 300-ə yaxın avtobus var.


Oxunma sayı: 1288

Oxşar yazılar