Gürcüstan Azərbaycanla sərhəddən İran vətəndaşlarını buraxmayacaq – Covid-19 virusuna görə...

  • 10:14 - 27 Fevral

İrandan Azərbaycana, buradan isə Gürcüstana keçən şəxsdə Covid-19 virusunun aşkarlanmasından sonra Gürcüstan hökuməti sərhəddə məhdudiyyətlər tətbiq etməyi qərara alıb.

Gürcüstan hökuməti İran vətəndaşlarının ölkəyə girişini qadağan edilib.

Bu qərar ötən gün fevralın 26-da axşam baş nazirin rəhbərliyi ilə föövqəladə komissiyanın iclasında qərar qəbul edilib. Komissiya İrandan keçib Azərbaycana, oradan isə Gürcüstana keçən 50 yaşlı gürcüstanlıda Covid-19 virusunun aşkarlanmasından sonra yaradılıb. Artıq rəsmi Tbilisi İran tərəfinə öz qərarını çatdırıb.

Xatırladaq ki,  Gürcüstan vətəndaşı olan 50 yaşlı kişi ötən gün Azərbaycandan tranzit keçməklə bu ölkəyə daxil olarkən sərhəddə özünü pis hiss edib. Gürcüstan tərəfinin həyata keçirdiyi sərhəd nəzarəti zamanı onda yüksək hərarət aşkarlanıb. Həmin şəxs Tbilisdəki infeksion xəstəliklər klinikasına aparılıb. Onun qan nümunəsi Luqar mərkəzində analiz edilib və nəticə müsbət olub. Həmin şəxslə təmasda olan gömrükçülər və sərhədçilər karantinə yerləşdirilib.

İstisna deyil ki, Gürcüstan tərəfi növbəti addım kimi Azərbaycanla sərhədi bağlaya bilər. Çünki Azərbaycan üzərindən tranzit keçən iranlılar yol boyu təmasda olduqları şəxsləri də yoluxudurub və həmin adamlar İran vətəndaşları olmaya bilər.

Bu arada ötən gün Azərbaycandan qayıdan 2 Gürcüstan vətəndaşı da Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Gürcüstan vətəndaşları Azərbaycanla sərhəddə olan “Qrımızı körpü” sərhəd-keçid məntəqəsindən xəstəxanaya aparılıb. Onlarda yüksək hərarət qeydə alınıb. Həmin şəxslər koronavirusla bağlı test olunacaqlar.

Xatırladaq ki, Azərbaycan virusun tüğyan etdiyi İranla sərhədlərini açıq saxlayan yeganə qonşu ölkədir. Səhiyyə rəsmiləri and-aman edirlər ki, narahatlığa əsas yoxdur və Covid-19 Azərbaycana keçə bilməz.

Virtualaz.org


Oxunma sayı: 3158

Oxşar yazılar