Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb

  • 23:12 - 26 Fevral

Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Avropa.info xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Yekaterina Tikaradze deyib.

E.Tikaradze bildirib: "Bir neçə dəqiqə əvvəl biz Luqara laboratoriyasından analizlərin nəticələrini aldıq və onlara əsasən, ölkədə koronavirusa ilk yoluxma halı aşkarlanıb. Ötən gün İrandan Azərbaycan vasitəsilə qayıdan Gürcüstan vətəndaşı yoluxub".


Oxunma sayı: 12112

Oxşar yazılar