Koronavirusla doğulmuş körpə 17 günə dərmansız sağaldı

  • 22:20 - 26 Fevral

Koronavirusun ilk yayıldığı Çinin Uhan şəhərində virusla doğulmuş körpə dərmanların köməyi olmadan 17 günə sağalıb. 

Syao Syao adlı qızın valideynlərindən biri koronavirusa yoluxmuş olub. 

Virusla doğulan körpə ilk gündən respirator infeksiya və ürəyində kiçik fəsadlardan əziyyət çəkib. Körpənin simptomları ağır olmadığı üçün həkimlər ona dərman verməməyi qərara alıb və yalnız ürəyi ilə bağlı müalicəsi aparılıb. 

Qızın 17-ci günü tamam olduqdan sonra edilən koronavirus testi mənfi nəticə verib.(trend)


Oxunma sayı: 8922

Oxşar yazılar