Cozep Borrell və Elmar Məmmədyarov arasında telefon danışığı olub

  • 26 Fev - 2020

Fevralın 25-də Avropa İttfaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov arasında telefon danışığı olub.

Rəsmilər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı Aİ - Azərbaycan ikitərəfli gündəliyi müzakirə edilib və yeni ikitərəfli sazişlə bağlı danışıqların aparılmasının vacibliyi barədə razılığa gəlinib.

 

 

Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell iyun ayında keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq barədə Azərbaycan XİN başçısına məlumat verib və Şərq Tərəfdaşlığı siyasətinə yeni təkan verməyin vacibliyini vurğulayıb. Tərəflər qarşıdan gələn Şərq Tərəfdaşlığı ölkələrinin nazirlərinin görüşünü və iyun sammitini səbirsizliklə gözlədiklərini bildiriblər.

Rəsmilər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş perspektivlərini də müzakirə ediblər.

Ali Nümayəndə nazir Məmmədyarova zəlzələdən sonra Albaniya üçün keçirilən Beynəlxalq Donorların konfransında iştirakına və Azərbaycanın verdiyi töhfəyə görə təşəkkür edib.

Qeyd edək ki, Avropa İttfaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla da telefon danışığı olub.


Oxunma sayı: 1860

Oxşar yazılar