Rusiya İran vətəndaşlarına viza verilməsini dayandırır

  • 21:28 - 26 Fevral

Rusiya İran vətəndaşlarına viza verilməsini dayandırır.

Avropa.info xəbər verir ki, Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova bu barədə jurnalistlərə məlumat verib.

O deyib ki, fevralın 28-dən Rusiya İran vətəndaşlarına, işgüzar və humanitar vizalar istisna olmaqla, digər vizaların, o cümlədən tranzit vizaların verilməsini dayandırır.

T.Qolikova əlavə edib ki, İran ilə aviasiya əlaqəsi ləğv edilməyəcək.


Oxunma sayı: 4390

Oxşar yazılar