Yunan adalarında baş vermiş etirazlar fövqəladə vəziyyət yaradıb

  • 20:18 - 26 Fevral

Yunanıstanın Lesbos və Xios adalarında polislə etirazçılar arasında münaqişələr səngimir. Etirazçılar adalarda miqrantlar üçün qapalı tipli düşərgələrin inşa edilməsinə sərt şəkildə qarşı çıxırlar. Lesbos adasında baş verənləri “partizan müharibəsi” də adlandırırlar.

Adaların hökumət nümayəndələri düşərgələrin məhz sakinlərin təhlükəsizliyi, koronavirusa yoxluxmamaları üçün inşa olunduğunu bəyan etsələr də, yerli sakinlər buna kəskin reaksiya verir, bəzi yerlərdə polisə qarşı zorakılıq edirlər. Artıq adalara xüsusi təyinatlı polis dəstələri göndərilib.

Qeyd edək ki, qapalı tipli düşərgələrin inşası ilə bağlı qərar keçən il qəbul olunub. İki həftə əvvəl Yunanıstan hökuməti beş adada onların yerlərini müəyyənləşdirib. Düşərgələr qaçqın statusu ala bilməyən miqrantlar üçün nəzərdə tutulub. Miqrantlar barədə müvafiq qərar qəbul olunanadək onların bu düşərgələrdə məskunlaşmaları planlaşdırılır. Ancaq miqrantların bir çoxunun sənədlərini bilərəkdən məhv etməsi onların ölkədə qalmaları və ya deportasiya edilmələri barədə qərarın qəbul olunmasına ciddi maneə yaradır.


Oxunma sayı: 4973

Oxşar yazılar