Koronovirus İtaliyadan dünyaya yayılır – Daha bir Avropa ölkəsi yoluxdu

  • 17:46 - 26 Fevral

Koronovirusa yoluxma halı Yunanıstanda da qeydə alınıb.

Avropa.info xəbər verir ki, Yunanıstan Səhiyyə Nazirliyi Salonikidə yaşayan 38 yaşlı qadında Kovid-19 virusunun tapıldığını açıqlayıb. Xəstənin az müddət əvvəl İtaliyanın şimalında səyahətdən qayıtdığı getdiyi qeyd edilib.

Beləliklə, Kovid-19 virusunun yoluxduğu ölkə sayı 40-ı keçib.

Avstriya, Xorvatiya, İsveçrə, Braziliya və Əlcəzair ölkədəki yoluxma faktlarının İtaliyaya səyahət edən şəxslərdə baş verdiyini açıqlayıb. 

Son məlumata görə, İtaliyada 374 yoluxma halı, 12 ölüm halı qeydə alınıb. 


Oxunma sayı: 7591

Oxşar yazılar