Dünyanı yəhudilərin gizli şəbəkəsi idarə edir? – Avropalıların 20 faizi buna inanır (Sorğu)

  • 16:25 - 26 Fevral

Avropa Yəhudilər İttifaqının Parisdə keçirdiyi konfransda açıqlanan anketə görə, avropalıların 20%-i yəhudilərin effektiv gücə malik gizli şəbəkəsinin var olduğuna inanır. 

Avropa.info xəbər verir ki, iştirakçıların böyük əksəriyyəti yəhudilərin Xolokosdan öz ehtiyacları üçün istifadə etdiyinə inanır.

Avropalıların əksəriyyəti İsrailin apardığı müharibənin məsum olmadığına inanır. 

Xatırladaq ki, yanvarın sonunda Almaniya xarici işlər naziri Heiko Maas Avropa miqyasında antisemitzmlə mübarizə aparmağın yolunu təklif etmişdi. Nazir bunun üçün Avropa İttifaqı ölkələrində Xolokostu inkar edənlərin cəzalandırılmasını təklif etmişdi.


Oxunma sayı: 5699

Oxşar yazılar