"İdlibdə ən böyük problemimiz hava sahəsindən istifadə edə bilməməyimizdir, lakin bunu da həll edəcəyik" - Ərdoğan

  • 16:29 - 26 Fevral

"İdlibdə, Bəşər Əsəd üçün "adam öz torpaqlarını qoruyur" deyərək qəhrəman əsgərlərimizin mücadiləsinə zərbə vuran Klıcdaroğlu və onun kimilər bu millətin övladı ola bilməz."

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əsəd rejiminin İdlibdə öz vətəndaşlarına qarşı törətdiyi qətliama münasibət bildirərkən deyib. Ərdoğan CHP sədri Kamal Klıcdaroğlunun Əsəd rejiminin müdafiəsinə qalxmasına da münasibət bildirib.

"Vicdan insanda vacib bir səsdir. İdlibdəki o balaları televiziyada izləmirsənmi? 3-5 yaşlı ayaqyalın uşaqlar  palçıq içində necə sığınacaq axtardıqlarını görmürsənmi ? Onları qatil Əsədin mərhəmətinəmi buraxacağıq? "Əsədlə danışın" deyir. Sən onu görmədən əvvəl biz onunla görüşürdük. Ona nə təklif etsək, rədd etdi, adam olmadığını gördük. İndi ana müxalifətin lideri olan bu zat qatil Əsədlə görüşü təbliğ edir. Sənin adamlarının Əsədlə görüşməsi kifayətdir. Amma bizim adımıza onunla görüşmə. 
 

İdlibdə baş verən böyük humanitar böhranın qarşısını almaq üçün aktiv müdaxilə etməyə çalışırıq. Tələbimiz rejimin hücumlarına son qoymaq və müşahidə nöqtələrimizdən geri çəklməkdir. Rusiya humanitar həssaslığı qəbul etmək istəmir. Müşahidə qüllələrimizi zəbt edənlərə verdiyimiz vaxt tükənmək üzrədir. Hal hazırda ən böyük problemimiz hava məkanından istifadə edə bilməməyimizdir. İnşallah bu yaxınlarda bunu da həll edəcəyik. İdlibdə geri ən kiçik bir addım belə atmayacağıq, rejimi qəti olaraq müəyyən etdiyimiz sərhədlərdən çıxaracağıq və insanların evlərinə qayıtmasını təmin edəcəyik " - Ərdoğan belə deyib.


Oxunma sayı: 4874

Oxşar yazılar