Azərbaycanda dəhşət: Kişi avtomatla arvadını, qaynını və qayınanasını güllələyib özünü vurdu

  • 16:25 - 26 Fevral

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Avropa.info Baku.ws-ə istinadən bildirir ki, Masallı rayon, Təzəkənd kənd sakini ailə münaqişəsi zəminində avtomatla həyat yoldaşını, qaynını və qayınanasını güllələyib.

Daha sonra əlindəki silahla özünə atəş açıb.

Hadisəni törədən şəxsin həyat yoldaşı və qaynı yerindəcə keçinib. Qayınanasının vəziyyəti isə ağırdır.

Hadisəyə səbəb həyat yoldaşının ondan boşanmaq istəməsi olub. Məlumata görə, qadının yaxınları evdən mebellərini aparmağa gəliblərmiş.


Oxunma sayı: 6513

Oxşar yazılar