"Azərbaycanla həmrəyik" - Ərdoğandan Dağlıq Qarabağ və Xocalı açıqlaması

  • 15:56 - 26 Fevral

Türkiyə prezidenti Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərin sualına cavab verib.

Avropa.info xəbər verir ki, Ərdoğan Xocalı Dağlıq Qarabağ və Xocalı qətliamı ilə bağlı da danışıb.

“Regional məsələlərdə Azərbaycanla həmrəyik. Azərbaycana qarşı erməni iddiaları, islam düşmənçiliyi, irqçilik və ksenofobiya məsələlərində birlikdə çalışırıq. Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındayıq. İşğal altındakı torpaqlar artıq azadlığa qovuşmalı və regiona sülh, stabillik gəlməlidir. Məlum “Minsk prosesi” yayındırma prosesi kimi 25 ildir davam edir. Bu yayındırması taktikası ilə nə ABŞ, nə də Rusiya problemi həll edib. Minsk üçlüyü indiyə qədər həll yolu təklif etmədiyi kimi, keçirilən ikitərəfli danışıqlarda da təəssüf ki, nəticə əldə olunmayıb.

Son olaraq, ildönümü xatırlayacağımız Xocalı qətliamını təkrar lənətləyirəm. 1992-ci ildə baş verən bu hadisədə 613 qardaşımız şəhid edilib. Allahdan hamısına rəhmət diləyirəm”. 


Oxunma sayı: 6458

Oxşar yazılar