“Gözləntimiz İdlibdə rejimin hücumların dayandırılmasıdır” – Çavuşoğludan Rusiya açıqlaması

  • 15:18 - 26 Fevral

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İdliblə bağlı jurnalistlərin suallarına cavab verib.

Avropa.info xəbər verir ki, Çavuşoğlu xarici işlər naziri müavinləri səviyyəsində hərbi və kəşfiyyat nümayəndələrindən təşkil olunmuş heyətin Ankaraya gələcəyini deyib.

“Nazir müavini səviyyəsində hərbi və kəşfiyyat rəsmilərin təşkil olunmuş heyət gəlir. Daha əvvəl Ankarada iki dəfə, Moskvada da iki dəfə görüşən heyətlər bu gün təkrar görüşəcəklər. Putinin təklifi ilə Rusiya heyəti bu gün Ankaraya gələcək. Gözləntimiz İdlibdə rejimin hücumlarının qalıcı formada dayandırılmasıdır. Rejimin hazırda işğal etdiyi ərazilərdən, yəni Soçi müqaviləsi  çərçivəsində müəyyən edilən sərhədlərdən kənara çıxması lazımdır. Xüsusilə, qış şəraitində evini tərk etmək məcburiyyətində qalan şəxslərin evinə qayıtması üçün koridorların açılması gündəmdədir.  Amma atəşkəs təmin olunmadan bunların edilməsi mümkün deyil”.

5 martda Almaniya, Fransa, Rusiya və Türkiyənin dördtərəfli sammitdə görüşüb-görüşməyəcəyi ilə bağlı suala cavabında belə bir planın olduğunu, Astana formatında İranın ev sahibliyi etdiyi üçtərəfli sammitin də gündəmdə olduğunu bildirib.


Oxunma sayı: 1871

Oxşar yazılar