Fransada koronovirusdan daha bir nəfər öldü

  • 14:45 - 26 Fevral

Fransa Səhiyyə Nazirliyi koronovirus epidemiyası üzündən bir nəfər ölkə vətəndaşının öldüyünü açıqlayıb.

Avropa.info xəbər verir ki, ölkədə qeydə alınan ümumi yoluxma halı isə 17-ə çatıb. Ölən şəxsin Parisdə yaşadığı, 60 yaşlarında olduğu, olduqca kritik vəziyyətdə xəstəxanaya çatdırılarkən gecəyarısı can verdiyi bildirilir.

Bu Fransa vətəndaşının koronovirusdan öldüyü ilk haldır. Ümumilikdə, Fransada iki nəfər bu virusdan ölüb. 15 fevralda vəfat edən birinci şəxs Çinin Hubey əyalətindən gələn 55 yaşlı çinli turist idi.


Oxunma sayı: 7393

Oxşar yazılar